01Ümumi məlumat
Bu Məxfilik Siyasəti Zinface mobil tətbiqindən və zinface.com veb-saytından istifadə zamanı şəxsi məlumatlarınızın necə toplandığını, istifadə edildiyini, saxlanıldığını və qorunduğunu izah edir.
Zinface Navimax MMC tərəfindən idarə olunur.
Şirkət: Navimax MMC
Ünvan: AVA Business Center, Xocalı prospekti, Bakı, Azərbaycan
Əlaqə: [email protected]
Zinface istifadə etməklə bu Məxfilik Siyasətində təsvir edilən məlumat emalı qaydaları ilə tanış olduğunuzu bildirirsiniz.
02Toplanan məlumatlar
Zinface xidmətlərinin işləməsi üçün aşağıdakı məlumatları toplaya bilər:
Hesab məlumatları
- Ad və soyad;
- Telefon nömrəsi;
- Profil şəkli (istifadəçi tərəfindən əlavə edildikdə).
Məkan məlumatları
- GPS koordinatları;
- Cari və son məlum məkan;
- Məkanın yenilənmə vaxtı;
- Hərəkət məlumatları və hərəkət tarixçəsi.
Məkan məlumatları tətbiqin əsas funksiyalarının işləməsi və istifadəçilər arasında məkan paylaşımının təmin edilməsi üçün istifadə olunur.
Kontaktlar
Kontaktlara giriş yalnız istifadəçinin icazəsi ilə verilir. İcazə verildikdə kontaktlardakı ad, soyad və telefon nömrələri Zinface serverlərinə göndərilir ki, Zinface-dan istifadə edən tanışlarınızı tapmaq və onlara dəvət göndərmək mümkün olsun. Kontakt məlumatları reklam məqsədilə istifadə olunmur, satılmır və üçüncü tərəflərə ötürülmür.
Fəallıq məlumatları
İstifadəçi icazə verdikdə Zinface Apple Health (iOS) və Health Connect (Android) vasitəsilə, həmçinin cihazın hərəkət sensorundan addım sayı, qət edilən məsafə və aktiv enerji (kalori) məlumatlarını əldə edir. Bu məlumatlar Zinface serverlərinə göndərilir və yalnız addım reytinqi funksiyası üçün istifadə olunur. Fəallıq məlumatları reklam və ya marketinq məqsədilə istifadə olunmur, satılmır və üçüncü tərəflərə ötürülmür. İstifadəçi bu icazəni istənilən vaxt cihaz parametrlərindən geri götürə bilər.
Cihaz məlumatları
Cihazın modeli, əməliyyat sistemi və tətbiqin versiyası; batareyanın səviyyəsi və şarj vəziyyəti; məkan, bildiriş və digər icazələrin vəziyyəti; cihaz identifikatoru və push bildiriş tokeni; tətbiqin xəta hesabatları. Bu məlumatlar əlaqələndirilmiş istifadəçilərə cihazın vəziyyətini göstərmək, bildiriş göndərmək və texniki problemləri aradan qaldırmaq üçün istifadə olunur.
03Məkan məlumatlarının istifadəsi
Zinface istifadəçinin razılığı və cihazda verilmiş müvafiq icazələr əsasında ön planda və arxa planda məkan məlumatlarını əldə edə bilər.
Məkan məlumatları aşağıdakı məqsədlərlə istifadə olunur:
- İstifadəçinin cari məkanını göstərmək;
- Məkanın qəbul edilmiş dəvət vasitəsilə əlaqələndirilmiş istifadəçilərlə paylaşılması;
- Hərəkət məlumatlarının və tarixçəsinin yaradılması;
- Məkanlara (ev, iş və s.) gəliş və gediş barədə bildirişlərin göndərilməsi;
- Tətbiqin əsas funksiyalarının təmin edilməsi.
Məkan paylaşımı yalnız istifadəçinin dəvət etdiyi və dəvəti qəbul etmiş şəxslərlə həyata keçirilir.
İstifadəçi istənilən vaxt məkan paylaşımını dayandıra bilər. Paylaşım dayandırıldıqda, son məlum məkan əlaqələndirilmiş istifadəçilərə görünməyə davam edə bilər.
Əlaqələndirilmiş istifadəçi silindikdə onun canlı məkan və Hərəkət Tarixçəsinə çıxışı dərhal ləğv edilir.
04Hərəkət tarixçəsi
Zinface istifadəçinin hərəkət məlumatlarını emal edərək Hərəkət Tarixçəsi yarada bilər.
Bu məlumatlara hərəkət növü, marşrut, məsafə, vaxt və digər əlaqəli məlumatlar daxil ola bilər.
Hərəkət Tarixçəsi istifadəçinin əlaqələndirilmiş və dəvəti qəbul etmiş şəxsləri üçün görünə bilər.
Hərəkət Tarixçəsi 35 gün müddətində saxlanılır. İstifadəçi bu məlumatları tətbiq daxilində ayrıca silə bilmir.
Hesab silindikdə hesabla əlaqəli Hərəkət Tarixçəsi də silinir.
05Məlumatlardan istifadə məqsədləri
Toplanan məlumatlar aşağıdakı məqsədlərlə istifadə olunur:
- İstifadəçi hesabının yaradılması və idarə edilməsi;
- Məkan paylaşımı və GPS funksiyalarının təmin edilməsi;
- Hərəkət tarixçəsinin yaradılması;
- Dəvətlərin göndərilməsi və idarə olunması;
- Abunəliklərin və ödəniş statuslarının idarə edilməsi;
- Texniki problemlərin aşkarlanması və aradan qaldırılması;
- Xidmətin təhlükəsizliyinin və etibarlılığının qorunması;
- Addım reytinqinin hesablanması;
- Push bildirişlərinin göndərilməsi;
- Kontaktlar arasında Zinface istifadəçilərinin tapılması;
- Qanuni öhdəliklərin yerinə yetirilməsi.
07Məlumatların saxlanılması
Şəxsi məlumatlar xidmətin göstərilməsi üçün zəruri olan müddətdə və tətbiq olunan qanunvericiliyin tələblərinə uyğun saxlanılır.
Hərəkət Tarixçəsi 35 gün saxlanılır.
Hesab silindikdə hesab məlumatlarının və əlaqəli tarixçənin silinməsi prosesi başladılır.
08Hesabın silinməsi
İstifadəçi hesabını mobil tətbiq daxilindən və ya Zinface tərəfindən təqdim edilən hesab silinməsi keçidi vasitəsilə silə bilər.
Hesabın silinməsi istifadəçinin təsdiqindən sonra dərhal başladılır.
Hesab silindikdə hesab məlumatları və Hərəkət Tarixçəsi silinir.
İstifadəçi eyni telefon nömrəsi ilə yenidən qeydiyyatdan keçə bilər.
Hesabın silinməsi Apple App Store və ya Google Play vasitəsilə alınmış abunəliyin avtomatik ləğv edilməsi demək deyil. Abunəliyin idarə edilməsi müvafiq platformanın qaydalarına uyğun həyata keçirilir.
09Məlumatların təhlükəsizliyi
Navimax MMC şəxsi məlumatların icazəsiz əldə edilməsinin, dəyişdirilməsinin, açıqlanmasının və ya itirilməsinin qarşısını almaq üçün müvafiq texniki və təşkilati təhlükəsizlik tədbirləri tətbiq edir.
Bununla belə, internet üzərindən məlumat ötürülməsinin və elektron saxlanmanın tam təhlükəsizliyinə zəmanət verilə bilməz.
10İstifadəçi hüquqları
Tətbiq olunan qanunvericilikdən asılı olaraq istifadəçilər aşağıdakı hüquqlara malik ola bilərlər:
- Şəxsi məlumatları barədə məlumat almaq;
- Məlumatlara çıxış tələb etmək;
- Yanlış məlumatların düzəldilməsini tələb etmək;
- Məlumatların silinməsini tələb etmək;
- Məlumatların emalına verilmiş razılığı geri götürmək;
- Məlumatların emalının məhdudlaşdırılmasını tələb etmək;
- Səlahiyyətli məlumatların qorunması orqanına şikayət etmək.
Bu hüquqlarla bağlı müraciətlər üçün bizimlə əlaqə saxlaya bilərsiniz.
11Əlavə müddəalar
Zinface-dan istifadə zamanı tətbiq olunan qanunvericiliyin yaş və şəxsi məlumatların emalı ilə bağlı tələblərinə riayət edilməlidir.
Zinface 13 yaşından kiçik uşaqlar üçün nəzərdə tutulmayıb və onlardan bilərəkdən şəxsi məlumat toplamır. Belə məlumatların toplandığı aşkar edilərsə, həmin məlumatlar silinir.
12Siyasətə dəyişikliklər
Bu Məxfilik Siyasəti vaxtaşırı yenilənə bilər. Dəyişikliklər bu səhifədə dərc edildiyi tarixdən qüvvəyə minir.
İstifadəçilərə siyasətin yenilənmiş versiyasını mütəmadi nəzərdən keçirmək tövsiyə olunur.
13Əlaqə
Məxfilik və şəxsi məlumatlarla bağlı suallarınız üçün bizimlə əlaqə saxlayın:
Navimax MMC
AVA Business Center, Xocalı prospekti, Bakı, Azərbaycan
E-poçt: [email protected]